İLİN SONUNU MƏHKƏMƏLƏRDƏ KEÇİRƏCƏK SIĞORTA ŞİRKƏTLƏRİ – SİYAHI

İLİN SONUNU MƏHKƏMƏLƏRDƏ KEÇİRƏCƏK SIĞORTA ŞİRKƏTLƏRİ – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə fəaliyyət göstərən sığorta şirkətləri ili şikayət və məhkəmə çəkişmələri ilə başa vurur. 2023-cü ilin son ayı ərzində sığorta şirkətlərinin məhkəmə çəkişmələrinin sayı artıb. Bu çəkişmələrinin əksəriyyəti vətəndaşlar tərəfindən sığorta şirkətlərinə qarşı qaldırılmış iddialardır. Apardığımız kiçik araşdırma sübut edir ki, il ərzində məhkəməyə verilməyən, haqqında məhkəmə iddiası olmayan şirkət yoxdur. İttihamların əksəriyyəti isə avtomobil qəzalarından sonra sürücülərin aldadılması, dəymiş zərərin ödənilməməsidir.

Tribunainfo.az dekabr ayı üçün də məhkəməlik olan sığorta şirkətlərinin adlarını müyyən edib. Siyahını təqdim edirik:

“Atasığorta” 44 məhkəmə
“AzSığorta” 41 məhkəmə
“Atəşgah Sığorta” 36 məhkəmə
“Meqa Sığorta” 16 iclas
“Xalq Sığorta” 15 məhkəmə
“BakıSığorta” 10 məhkəmə
“Günay Sığorta” 7 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” 6 məhkəmə
“Qala sığorta” 6 məhkəmə
“Standard Insurance” 4 məhkəmə
“A-Group” 2 məhkəmə
“Qala Həyat Sığorta” 2 məhkəmə