Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2023-cü ilin komandasına namizədləri açıqlayıb.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya 23 futbolçu daxil edilib.
Qapıçılar: Tibo Kurtua (“Real” Madrid, Belçika millisi), Ederson (“Mançester Siti”, Braziliya), Emiliano Martinez (“Aston Villa”, Argentina)
Müdafiəçilər: Ruben Diaş (“Mançester Siti”, Portuqaliya), Vircil van Deyk (“Liverpul”, Niderland), Eder Militao (“Real”, Braziliya), Antonio Rudiqer (“Real”, Almaniya), Con Stounz (“Mançester Siti”, İngiltərə), Kayl Uoker (“Mançester Siti”, İngiltərə)
Yarımmüdafiəçilər: Cud Bellinqem (“Borussiya” Dortmund/”Real” Madrid, İngiltərə), Kevin De Brüyne (“Mançester Siti”, Belçika), İlkay Gündoğan (“Mançester Siti”/”Barselona”, Almaniya), Luka Modriç (“Real” Madrid), Xorvatiya), Rodri (“Mançester Siti”, İspaniya), Bernardo Silva (“Mançester Siti” Portuqaliya), Federiko Valverde (“Real” Madrid, Uruqvay)
Hücumçular: Kərim Benzema (“Real” Madrid/”Əl-İttihad”, Fransa), Erlinq Haaland (“Mançester Siti”, Norveç), Harri Keyn (“Tottenhem”/”Bavariya”, İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (PSJ/”İnter Mayami”), Argentina), Kriştiano Ronaldo (“Əl-Nasr”, Portuqaliya), Vinisius Junior (“Real” Madrid, Braziliya)
Yasin İsmayılov