Fransanın paytaxtı Parisdə təşkil olunan “Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubları açıqlanıb.
Tribunainfo.az-ın məlumatına görə, kişi komandalar arasında bu ada İngiltərə çempionu “Mançester Siti” layiq görülüb.
“Şəhərlilər” ötən mövsüm Çempionlar Liqasının da qalibi olub.
İlin qadın komandası isə İspaniya təmsilçisi “Barselona” seçilib.