Fransanın paytaxtı Parisin evsahibliyi etdiyi “Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
Tribunainfo.az-ın məlumatına görə, mükafata İspaniyanın “Real” klubunun ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqem layiq görülüb.
20 yaşlı oyunçu səsvermədə Eduardo Kamavinqa (“Real”, İspaniya), Qavi, Pedri, Alexandro Balde (hamısı “Barselona”, İspaniya), Camal Musiala (“Bavariya”, Almaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Antonio Silva (“Benfika”, Portuqaliya), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Elye Vahini (“Lans”, Fransa) geridə qoyub.
Qeyd edək ki, 2022-ci ildə bu titul Qaviyə verilib.