Fransanın paytaxtı Parisin evsahibliyi etdiyi “Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
Tribunainfo.az-ın məlumatına görə, mükafata İspaniyanın “Barselona” komandasının 17 yaşlı üzvü Lamin Yamal layiq görülüb.
Qeyd edək ki, 2023-cü ildə bu mükafat İspaniya “Real Madrid”inin yarımmüdafiəçisi Cud Bellinqemə verilib.