Yola salmağa hazırlaşdığımız 2016-cı ildə dünyada bir çox hadisələr baş verdi. Yola salmağa hazırlaşdığımız 2016-cı ildə dünyada bir çox hadisələr baş verdi.
Avropada miqrant böhranı, qanlı terrorlar, qalmaqallı “Brexit”, Ərdoğan-Putin barışığı və Trampın gözlənilməz qələbəsi ilin ən mühüm hadisələri sırasındadır.
2016-cı il təkcə bu hadisələrlə yadda qalmadı.
AzVision.az ilin səs-küylü xəbərlərinin qısa xülasəsini təqdim edir:
Trampın qələbəsi
Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkiləri ilin bəlkə də ən mühüm hadisəsi kimi tarixə düşdü. ABŞ-dakı seçkilər Azərbaycanda da diqqətli izlənilirdi. Sabiq dövlət katibi Hillari Klintonun seçkidən qaliq çıxacağı gözlənilirdi. Amma nəticələr tam fərqli, gözlənilməz oldu. Milyarder, çıxışları ilə qalmaqal yaradan Donald Tramp Amerikanın yeni prezidenti seçildi. Trampın qələbəsi dünyanın siyasi gündəmini 360 dərəcə dəyişdi. Bu istiqamətdə müzakirələr hələ də davam edir.
Prezident istefaya göndərildi
İlin əvvəlində ən çox müzakirə olunan məsələlərdən biri Braziliyada prezidentin istefaya göndərilməsidir. Belə ki ölkədə hakimiyyət dəyişikliyi baş verdi və prezident Dilma Russefin impiçmenti barədə qərar qəbul edildi.
Milyonları birləşdirən oyun
“Pokemon GO”nun qısa zamanda milyonlarla insanı ətrafında birləşdirilməsi ilin ən yaddaqalan hadisələrindən hesab olunur.
Brexit
Böyük Britaniyanın Avropa ittifaqında qalıb-qalmaması ilə bağlı referendum tarixi əhəmiyyətə malikdir. Gözləntilərin əksinə olaraq Britaniya əhalisinin 51,9 faizi ölkənin Avropa İttifaqının çıxmasının lehinə səs verdi. Bu hadisə dünyada böyük əks-səda doğurdu.
Braziliya Olimpiadası
Rio-de Janeyroda keçirilən yay Olimpiya oyunları ilin yadda qalan hadisələrdəndir. Bütün dünyanın gözü bir ay müddətində Braziliyada oldu. Azərbaycan idmançıları ölkəmizi layiqincə təmsil edərək 18 medal qazandılar.
İlin ən böyük itkiləri
2016-cı ili itkilərlə geridə qoyuruq. Bu il əfsanəvi boksçu Məhəmməd Əli, Özbəkistan prezidenti İslam Kərimov və Kuba lideri Fidel Kastro dünyasını dəyişdi.
Qanlı Suriya
Suriya böhranı daha da dərinləşir. ABŞ və Rusiya arasında Suriya məsələsinə dair bir neçə dəfə görüş keçilsə də, ümumi razılıq əldə olunmayıb. Əksinə Suriyada vətəndaş müharibəsi pik həddə çatıb, ölkə qan gölünə çevrilib.
`Qara qızıl`ın qara günləri
Neftin qiymətinin kəskin ucuzlaşması dünya ölkələrini, o cümlədən Azərbaycanı ciddi narahat edir. İlin əvvəlində neftin qiyməti son 11 ildə ilk dəfə olaraq 37 dollardan aşağı düşmüşdü. Lakin ilin sonlarına doğru neftin qiyməti sabitləşməyə başladı.
Aprel döyüşləri
2016-ci ilin aprel ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə bölgəsində baş verən dördgünlük müharibə dünyanın diqqət mərkəzində idi. Aparıcı ölkələr liderlər səviyyəsində ermənilərin aprel təxribatına sərt reaksiyalar verdi.
Ərdoğan-Putin barışığı
“SU-24” qırıcı təyyarəsinin vurulmasından sonra gərginləşən Türkiyə- Rusiya münasibətləri ndə dönüş yaşandı. Cari ilin iyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək təyyarə qalmaqalına görə həmkarından üzr istədi. Bundan sonra Rusiya-Türkiyə münasibətləri normallaşmağa başladı. Ərdoğan-Putin barışığı aylarla dünya KİV-lərinin əsas mövzularından idi.
Avropa Çempionatı
Fransa da keçirilən futbol üzrə Avropa Çempionatı gözlənilməz nəticələrlə yekunlaşdı. Maraqlı oyunlarla yadda qalan çempionatın dramatik keçən finalında Portuqaliya millisi əlavə vaxtвa vurduğu qolla meydan sahiblərinə qalib gələrək Avropa Çempionu adını qazandı.
Çində daha bir ilk
Bu il Çində dünyanın ən böyük radioteleskopu istifadəyə verilib. Quyçjou vilayətində yerləşən teleskopun diametri 500 metr, qurğunun perimetri 1,6 kilometrdir. Tikintisi beş il davam edən layihənin icrasına 1,2 milyard yuan (185 milyon dollar) sərf edilib.
Avropada dəhşətli terror
Martın 22-də Belçikanın paytaxtı Brüsselin hava limanında terror aktları törədilib. Dəhşətli terror aktı zamanı 32 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Partlayışa görə məsuliyyəti öz üzərinə İŞİD terror təşkilatı götürüb.
İlin ən böyük təyyarə qəzası
“Şapekoense” futbolçuları Boliviyadan Kolumbiyaya gedən zaman faciə ilə üzləşib. 29 noyabr tarixində baş verən təyyarə qəzası zamanı 75 nəfər ölüb, cəmi 6 nəfər sağ qalıb.
Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın “Atletiko Nasyonal” futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş verib.