İlin ən çox qazanan yazıçıları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Forbes jurnalı ilin ən çox qazanan yazıçılarının siyahısını açıqlayıb

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, “Harri Potter” kitablarının müəllifi Co Roulinq 2017-ci ildə qazandığı 95 milyon dollarla siyahıda 1-ci yerdə qərarlaşıb. Ötən ilin lideri Ceyms Patterson 87 milyon dollarla 2-ci yerə düşüb.
1999-cu ildən bəri 3-cü dəfə Forbes jurnalının siyahısına düşən Roulinqin müəllifi olduğu “Harry Potter and the Cursed Child” kitabı satışa çıxdığı 3 gündə 680 min nüsxə satılıb. Yazıçı həmçinin “Fantastic Beasts and Where to Find Them” kitabının ssenarisini də qələmə alıb.
Qeyd edək ki, ilk 5-likdə Ceff Kinney, Den Braun və Stefan Kinq yer alıb.