backend

“İLİN BAŞÇISI” mükafatı Mahir Quliyevə təqdim edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən hər il reallaşan”İLİN BAŞÇISI”sorğusu növbəti dəfə uğurla yekunlaşıb. Sorğunun nəticəsinə görəBiləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevqalib olub. 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən hər il reallaşan”İLİN BAŞÇISI”sorğusu növbəti dəfə uğurla yekunlaşıb. Sorğunun nəticəsinə görəBiləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev qalib olub. 

Sorğu nəticəsində qalibə bugün ənənəvi mükafat – diplom və rəsmi məktub təqdim edilib.


 

Görüşdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov ümumilikdə sorğuda 479.384 nəfər iştirak etdiyini , onlardan 74.596 nəfərin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə səs verdiyini dedi.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də öz növbəsində bu tip sorğuların keçirilməsinin rəqabət mühitinin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu dedi. O, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasına həyata keçirdiyi obyektiv, qərəzsiz, şəffaf və maraqlı sorğuya görə təşkilat rəhbərliyinə və kollektivinə təşəkkür etdi. 

BİOQRAFİYA

Mahir Hacı oğlu Quliyev28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsillidir. “Naxçıvan” universitetinibitirmişdir. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilmiş və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutmuşdur. 08.09.2006 – 26.04.2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır. 26 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.