Mərhum xalq artisti İlhamə Quliyevanın evində hazırda oğulluğu hesab edilən Orxan Nadirov yaşayır”. “Mərhum xalq artisti İlhamə Quliyevanın evində hazırda oğulluğu hesab edilən Orxan Nadirov yaşayır”.
TİA.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Lent.az-a İ.Quliyevanın bacısı Gülbahar Quliyeva deyib.
O bildirib ki, O.Nadirov İ.Quliyevanın evində qeyri-qanuni yaşayır: “İndi İlhamə xanımın evində müvəqqəti Orxan yaşayır. Özbaşına girib, lazımı gələndə o evdən çıxmalıdır. Artıq İlhamə Quliyevanın o evi qanuni vərəsələrinin birinin adını keçirilib. Kimin adına keçirildiyini indi deməyəcəm. Zamanı gələndə hər şey məlum olacaq”.
Qeyd edək ki, məhkəmə qərarına əsasən, mərhum xalq artisti İlhamə Quliyevanın mirası bacıları Gülbahar və İradə Quliyevalara qalıb. Bu barədə bir müddət öncə İ.Quliyevanın bacısı G.Quliyeva bu sözləri demişdi: “Biz məhkəməyə müraciət etməmişik ki, İlhamənin nəyi varsa, bizə qalsın. Xeyr, biz öz varisliyimizi irəli sürmüşük. İlhamənin qanuni varisləri olduğumuzu sübut etmək üçün bunu etdik. İlhamə kimsəsiz deyil axı. Onun bacıları, qardaşları və qohumları var. İndi yad adamlar deyirlər ki, İlhamənin bacısıyıq. Halbuki, İlhamənin evinə 3-5 dəfə ayaq basıblar. İndi onlar mirasda maraqlıdırlarsa, biz niyə olmamalıyıq? İlhamənin şəhid qardaşının balaları var, onlar kirayə qalırlar. Bundan başqa İlhamənin rəhmətə gedən bacısının balaları var. Onlar da kirayədədir. Evləri yoxdur. Hansı ki, bu adamlar hər zaman İlhamənin yanında olublar. Mənim qardaşımın həyat yoldaşı gecə-gündüz İlhamənin qulluğunda durub. Bunu hər kəs bilir. İndi hər yerindən duran bizim ailə barədə əsassız açıqlamalar verir”.