“İlhamə Quliyeva pul təklif etdi ki, həyat yoldaşımı öldürüm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M. Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov ifadə verib. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M. Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov ifadə verib.

O bildirib ki, M. Hüseynova günahsızdır və bu hadisəni başqa adamlar planlaşdırıb. Şahid bildirib ki, İlhamə Quliyevanın oğlu Orxanın dostu Vüqar hətta ondan pul da istəyib: “İlhamə Quliyevanın oğlu və dostu mənim evimə basqına gəlmişdilər.

Guya ki, Mehriban onun evindən oğurluq edib. İlhamə Quliyeva hadisə baş verəndən sonra mənə zəng edib, Mehribanın onu öldürmək istədiyini dedi. İlhamə Quliyeva mənə pul təklif etdi ki, get, həyat yoldaşını öldür.

Mehriban evə gələndə mən onun üzərində xəsarət gördüm. Səbəbini soruşduqda dedi ki, İlhamə xanımın evində onu bıçaqlayıblar. Mehriban deyirdi ki, bu əməllər hamısı Vüqarın planıdır”.

Məhkəmə prosesi noyabrın 8-də davam etdiriləcək

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib. (Apa)