Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak ediblər.
Tribunainfo.az-ın “Caliber”ə istinadən məlumatına görə, parad başlamazdan öncə Pekindəki Tiananmen meydanında Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub.
Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə xanımı Mehriban Əliyevanı salamlayıb.
Həmin görüntüləri təqdim edirik: