İlham Əliyevin seçkidən sonrakı PLANları – Şərh

İlham Əliyevin seçkidən sonrakı PLANları – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün növbəti tarixi bir prosesin şahidi olduq. Qarabağ zəfərini əldə etmiş xalqımız bu zəfəri Zəfər Seçkişi isə taclandırdı. İlham Əliyevin qələbəsi bəlli idi. 44 günlük Vətən müharibəsi, daha sonra lokal antiterror tədbirləri fonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu seçkinin də qalibi Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, 30 illik işğala və 200 illik separatçı hərakata son qoyan İlham Əliyev oldu.

 

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev seçkinin nəticələri ilə bağlı danışarkən deyib. O bildirib ki, İlham Əliyev onsuz da yüksək olan prestijini seçkilərdən öncəki ard-arda qazandırdığı qələbələrlə, atdığı uğurlu xarici addımlarla daha da yüksəltmişdi:

“Xalqın seçimi bu baxımdan məlum idi. Xalq İlham Əliyevlə paralel daimi qələbəyə, ard-arda gələn uğurlara səs verdi.
2020-ci ildən sonra baş verən davamlı qələbələrdən sonra seçkinin nəticələrinin fərqli olması mümkün də deyildi, gözlənilmirdi də. İlham Əliyevin dünya müstəvisində, regionda nüfuzu göz önündədir. Heç bir xalq bu nüfuzun memarını dəyişməz.
Bu qələbə İlham Əliyevin haqqı idi. Hesab edirəm ki, seçkilərdən sonra uğurlu xarici və daxili siyasi addımlar daha da artacaq və davam edəcək”.

Nigar