“Bu gərginlik mənbəyi, zəhər yuvası tarixdə qaldı. Nəhayət, erməni əhalisi rahat nəfəs alacaqlar. Onlar bizim vətəndaşlardır. Sadəcə, bu insanları girov götürmüşdülər, beyinlərini zəhərləmişdilər. Əminəm ki, erməni əhalisi yaxşılığa doğru dəyişikliyi görəcək. Bizim erməni xalqı ilə ədavətimiz yoxdur. Bütün haqsızlıqlara, kriminal erməni rejiminin törətdiyi cinayətlərə baxmayaraq, erməni xalqını günahlandırmamışıq. Biz kriminal cinayətkar rejimi ittiham etmişik və onlar cəzalanacaqlar. Yevlaxda mənim nümayəndəmlə onların icması arasında birgəyaşayış, onların hüquqları müzakirə ediləcək”. Tribunainfo.az məlumat verir ki, Prezident İlham Əliyev xalqa müraciətində deyib.