Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.
Tribunainfo.az-ın Londona ezam olunan əməkdaşının məlumatına əsasən, dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.
Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlandı.