Prezident İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb.
TİA.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“Əlahəzrət,
Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.