İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var.

Tribunainfo.az-ın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlət başçısı bildirib:

“Bütün bunlar göstərir ki, açıq müzakirələrə böyük ehtiyac var, müzakirələr açıq mühitdə bu aparılmalıdır. Biz nəinki media icmasının gündəliyinə, o cümlədən qlobal gündəliyə aid məsələləri müzakirə etməliyik”.