İlham Əliyev sloveniyalı həmkarına təbrik göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu göndərib
 Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu göndərib

Təbrikdə eyilir: “Hörmətli cənab Prezident, Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.