Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın yeni seçilmiş Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın yeni seçilmiş Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: “Serbiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. Ötən dövr ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələr genişlənmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İnanıram ki,
Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizinlə görüşlərimizi və apardığımız fikir mübadilələrini xoş təəssüratlarla xatırlayıram. Yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Sizi münasib bildiyiniz vaxtda Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.