İlham Əliyev Şahruddinlə görüşdə ona nə deyib?backend

İlham Əliyev Şahruddinlə görüşdə ona nə deyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” və Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev “Viktoriya” ilə matçdakı səhvi, Prezident İlham Əliyevlə görüşü zamanı söhbətlərindən danışıb.

Tribunainfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun müddətdir zədəli olan qolkiper Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya qarşı oyundakı ciddi səhvi barədə bu sözləri deyib:

“Qorxulu yuxu kimidir. “Qarabağ”a gəldiyim ilk gündən mənim qapıçı məşqçim Elxan Həsənovla bunun üzərində çox işləyirdik – Hara çıxmalı deyiləm. “Viktoriya” ilə olan matçdakı səhv mənim üçün dərs oldu. Mən indi fikirləşirəm ki, niyə ora çıxdım? Sadəcə komandaya kömək eləmək istəyirdim. Mən bilirdim ki, onların 2 metr boyu olan hücumçusu var. Əgər məndən soruşsaydılar ki, geriyə qayıdıb yenə də ora çıxardım? Yox, qapıda dayanardım. Bu səhv məni çox incitdi, çünki etməyə də bilərdim”.

Şahruddin Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edərkən ona dediyi sözləri açıqlayıb:

“Görüşdə Prezident İlham Əliyev hər kəslə salamlaşırdı. Ölkə başçısı bizim haqqımızda çox şey bilir. Hətta oyundakı anlardan danışanda biz hamımız çox təəcüblənirdik. Görünür ki, dövlət başçısı bizə görə narahatdır və futbolu izləyir. Mənə dedi ki, “sən çox cəsur qapıçısan, çox ürəklə qapıdan kənara çıxırsan”. Və əlbəttə ki, əgər ölkə Prezidenti sənə baxırsa, bu, daha çox işləməyə motivasiya verir. Həmin gün Prezidentin mənim haqqımda xoş sözlər deməsi güclü olmaq üçün motivasiya verdi. Hər il daha da güclü olacağam”.