Prezident İlham Əliyev Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məhərrəmov Adil Məmmədəli oğlu
Həsənov Cəfər İsmayıl oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Tağıyev Natiq Adil oğlu
Hümbətov Qüdrət Məhəmməd oğlu
Həsənov Rasim Həsən oğlu
Səfərov Fəqan Şayıb oğlu
“Tərəqqi” medalı ilə
Qurbanov Firsənd Əliheydər oğlu.