İlham Əliyev C.V.Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev C.V.Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilsin”, – sərəncamda qeyd edilir.