Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə başsağlığı məktubu göndərib.
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə başsağlığı məktubu göndərib.
TİA.AZ məktubun mətnini təqdim edir:
“Hörmətli xanım Federal Kansler,
Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.