İlham Əliyev MDB dövlət başçıları ilə bir arada (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

 

Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

TİA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdiriblər.

Dövlət başçıları birgə foto çəkdirdikdən sonra iclas öz işinə başlayıb.

İclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki, burada MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə möhkəmləndirilməsi yolları müzakirə olunacaq, əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Rusiya Prezidenti vurğuladı ki, iclasda əsas diqqət ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində, həmçinin humanitar sahədə əlaqələrin inkişafına yönələcək. Prezident Vladimir Putin qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb, görüşün mədəniyyət, təhsil, elm, turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev qeyd edib ki, iclasın gündəliyi 16 məsələdən ibarətdir. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılıb, ölkələrin nümayəndələri ilə razılaşdırılıb. İqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadiyyat Şurası tərəfindən təsdiq olunub.