Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.
Qeyd edək ki, sənəd 2024-cü il 26 iyul tarixində imzalanıb.