İlham Əliyev generalı qəbul etdi: Bu ölkə ilə..backend

İlham Əliyev generalı qəbul etdi: Bu ölkə ilə..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Pakistan arasında müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda uğurlu nəticələr olacaq.

Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən deyib.

Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu dedi.

Prezident bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı.

Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirdi.