İlham Əliyev Ermənistanı nasist idealogiyasından xilas edir – Şərhbackend

İlham Əliyev Ermənistanı nasist idealogiyasından xilas edir – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında əsas problemllərdən biri Ermənistan “Müstəqillik Bəyannaməsi” və ona əsaslanan Konstitusiyadıdır. Çünki Ermənistanın “Müstəqillik Bəyannaməsinin” preambulasında Qarabağın Ermənistana birləşdirilməsi və Türkiyə qarşı ərazi iddiaları əks olunub.

Tribunainfo.az yazır ki, bu firlərlə çıxış edən siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan konstitusiyanı dəyişmək fikrində deyildi. Prezident İlham Əliyev Ermənistanı nasist ideologiyasından xilas edir:

“Azərbaycan tərəfi Ermənistana konstitusiyanı dəyişmək təklifini verib. Bu, Ermənistana sülh müqaviləsi üzrə əsas şərtdir. Bu şərt yerinə yetirilməsə, Ermənistanla sülh müqaviləsinin hüquqi bazası olmayacaq. Adi kağız üzərində qalaraq Ermənistanda hakimiyyətə gələn yeni qüvvə Azərbaycanla sülh müqaviləsini Konstitusiya ziddi elan edib, müqaviləni askıya ala bilər. Ona görə də Azərbaycan məhz Ermənistana yeni konstitusiya qəbul etmədən sülh bağlanmayacaq mesajını açıq verməlidir.
Emənistanla Azərbaycan arasında sülh müqaviləsi yalnız Ermənistanda yeni konstitusiya qəbul edildikdən sonra mümkün ola bilər.
Ermənistan Azərbaycan təkliflərini qəbul etdikcə, normal dövlət müstəvisinə keçir”.

Nigar