Davosa işgüzar səfəri çərçivəsində prezident İlham Əliyev bir sıra nüfuzlu şirkətlərin rəsmiləri ilə görüşüb.
Xezerxeber.az-ın məlumatına görə, dövlət başçısı həmçinin “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada da iştirak edib.
Prezident İlham Əliyev “İBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb. Baş icraçı direktor Azərbaycanla əməkdaşlığın uğurlu olduğunu, “İBM” şirkətinin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda birgə müəssisə yaratdığını vurğulayıb.
Prezident İlham Əliyev “İBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu oldugunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafina töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, SOCAR- “İBM” əməkdaşlığı nəticəsində ən müasir texnologiyalardan istifadəyə geniş imkan yaradılacaq, SOCAR-in əməkdaşları müasir texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Layihə üzərində 1500-dək işçi çalışacaq ki, bu da dünya səviyyəli mütəxəssislərin hazırlanmasına rəvac verəcək.
Prezident İlham Əliyev həmçinin ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçi direktoru Devid Rubinşteynlə də görüşüb. Görüşdə Azərbaycan Dövlət Neft Fondu ilə “Carlyle Group” arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Dövlət başçısı Avropa Komissiyasinin enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə də görüşüb. Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrasi ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb, bu ilin fevralinda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasi çərçivəsində nazirlərin növbəti toplantının keçiriləcəyi qeyd olunub. Söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edilib.
Bundan sonra dövlət başçısı “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirak edib. Dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərinin, mütəxəssislərin və alimlərin də qatıldığı sessiyada neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparilib.
Prezident İlham Əliyev daha sonra BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib. Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşüb. Görüşdə Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafina yeni təkan verdiyi qeyd olunub. Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib və gələcək əməkdaşlıq haqqinda fikir mübadiləsi aparılıb.
Prezidenti İlham Əliyev “Statoil” şirkətinin baş icraçi direktoru Eldar Saetre ilə də görüşüb.
TİA.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: