İlham Əliyev bu ölkə başçısını təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusun dövlət başçısı Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusun dövlət başçısı Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.


TİA.AZ xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Aleksandr Qriqoryeviç.

Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Müasir Belarus nəzərdə tutulan məqsədləri və prioritet vəzifələri uğurla həyata keçirərək dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi, davamlı sosial-iqtisadi inkişaf sahələrində sanballı uğurlara nail olub.

Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Əminəm ki, bizim birgə səylərimiz Azərbaycan-Belarus qarşılıqlı faydalı əməkdaşlığının və çoxplanlı qarşılıqlı fəaliyyətin bundan sonra daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaradacaq.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına sülh və firavanlıq arzu edirəm”.