İlham Əliyev bu ölkə başçısını təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizaya təbrik məktubu göndərib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizaya təbrik məktubu göndərib.

TİA.AZ məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Burundi xalqına sülh və tərəqqi arzulayıram”.