İlham Əliyev bu gün Ərdoğanla görüşəcək

İlham Əliyev bu gün Ərdoğanla görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfərinin ikinci gününə olan proqramı açıqlanıb.
AzVision.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:30-da Türkiyə prezidentinin iqamətgahında ölkə başçısının rəsmi qarşılanma mərasimi keçiriləcək.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olacaq.

Bakı vaxtilə saat 13:30-da VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Ardınca sənədlərin imzalanma mərasimi və ortaq mətbuat konfrası olacaq.

Saat 15:00-da isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə başçısının şərəfinə rəsmi nahar verəcək.