Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdə səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.
Tribuna-ın məlumatına görə, dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.
Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.










