backend

İlham Əliyev Brüsselə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfər edəcək. Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfər edəcək.

TİA.A xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri xəbər yayıb. Məlumata görə, səfərdə əsas məqsəd Avropa İttifaqı (Aİ) ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etməkdir.

Prezident İlham Əliyevin gələn həftənin əvvəli – bazar ertəsi Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcəyi bildirilib.

Nəşr qeyd edir ki, Azərbaycanla münasibətlər Rusiyadan qaz asılılığını azaltmağa cəhd edən Avropa İttifaqı üçün olduqca önəmlidir. Gözlənilir ki, Avropa İttifaqı 2019-cü ildən Gürcüstan, Türkiyə, Albaniya və İtaliyadan keçəcək Cənubi Qafqaz qaz kəməri vasitəsilə ildə 10 milyard kubmetr qaz alacaq.