İlham Əliyev BMT-də çıxış etdi – “Sanksiyalar tətbiq edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində çıxış edir.

 

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində çıxış edir.

TİA.AZ  xəbər verir ki, dövlət başçısı çıxışına erməni təcavüzünü dünyaya bir daha çatdırmaqla başlayıb.

Ermənistanı işğalçı dövlət adlandıran prezident Qarabağ münaqişəsinin beynəlxalq sənədlər əsasında həllini tapmasının vacibliyini qeyd edib. Beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələr qəbul etdiklərini xatırladıb:

“Qətnamələr 24 ildir ki, yerinə yetirilmir. Bu ikili standartdır və qəbuledilməzdir. 

Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir.

Ermənistan status-kvonun saxlanılması üçün əlindən gələni edir. Minsk qrupu həmsədrləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir”.