Prezident İlham Əliyevin Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşü ləğv edilib.
Prezident İlham Əliyevin Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşü ləğv edilib.
TİA.AZ BBCAzərbaycana-ya istinadən xəbər verir ki, bu barədə AP rəhbərinin kommunikasiya şöbəsi bildirir.
AP prezidentinin kommunikasiya şöbəsinin rəhbəri görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib.
Lakin o, əlavə edib ki, bu cür hadisələr “qeyri-adi” deyil.
Commonspace.eu xəbər saytı adları çəkilməyən mənbələrə istinadən görüşün ləğv edilməsinə səbəbin Avropa Parlamentində Azərbaycanda insan hüquqları vəziyyətini müzakirə edən tədbirlə bağlı olduğunu iddia edib.