Azərbaycan prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Almazbek Atambayevə başsağlığı verib.
Azərbaycan prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Almazbek Atambayevə başsağlığı verib.
TİA.AZ məktubun mətnini təqdim edir:
“Hörmətli Almazbek Şarşenoviç, Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!”.