Prezident İlham Əliyev dekabrın 5-də Serbiyanın daxili işlər naziri Neboşya Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev dekabrın 5-də Serbiyanın daxili işlər naziri Neboşya Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
TİA.AZ-ın məlumatına görə, dövlət başçısı N. Stefanoviçin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın müzakirəsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üçün səmərəli olacağına əminliyini bildirib.
Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri və digər təmasları ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə Serbiyanın bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirən dövlət başçısı bu əməkdaşlığın inkişafında ölkəmizin maraqlı olduğunu deyib.
Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə daim dəstək verdiklərini vurğulayan prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gücləndirilməsi baxımından bunun əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
N. Stefanoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirərək ölkəmizin və Bakının xüsusilə son illər inkişafının onlarda böyük təəssürat yaratdığını deyib. Ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın zəruriliyini vurğulayan qonaq səfərin əlaqələrimizin inkişafı ilə bağlı konkret işlər görmək uşun yaxşı imkan yaratdığını bildirib. Hazırda Yer kürəsində terrorizmin geniş yayıldığını təəssüflə qeyd edən Serbiyanın daxili işlər naziri terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətindən danışaraq, ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı informasiya mübadiləsinin və treninqlərin keçirilməsinin əməkdaşlığımızın gücləndirilməsi baxımından önəmini vurğulayıb.
***
Prezident İlham Əliyev dekabrın 5-də Serbiyanın daxili işlər naziri Neboşya Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
TİA.AZ-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.