İrəvanda yenə ara qarışıb, məssəb itib. Tribunainfo.az xəbər verir ki, bu dəfə ermənilər bazarda Azərbaycandan gətirilmiş badamcan satıldığını iddia edirlər.
Erməni mediası yazır ki, son günlər bazarda acı badımcanlar peyda olub. “Yerli sakinlər onu yeməyin mümkün olmadığını deyirlər. Çünki həddindən artıq acıdır”.
Həmin nəşrlər onu da yazırlar ki, bu badımcanlar Türkiyə və Azərbaycandan gətirilib. Hətta onu da iddia edirlər ki, bir qədər əvvəl İrəvan bazarlarında Azərbaycandan gətirilmiş acı xiyarlar da satılırmış.
P.S. Azərbaycanla Ermənistan arasında hər hansı ticarət əlaqəsi yoxdur. Ümumiyyətlə, bizdən bu ölkəyə birbaşa mal və məhsul aparılması halı müşahidə olunmayıb. Ermənilərin iddia etdiyi məsələ də qəribədir. Çünki Azərbaycanda yetişdirilmiş xiyar və badımcanın İrəvan bazarında peyda olması üçün imkan yoxdur. Görünür, ermənilərin yenə qurdları oyanıb.