İldə cəmi 2 və ya 3 gün istirahət edirbackend

İldə cəmi 2 və ya 3 gün istirahət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur milyarder İlon Mask necə məhsuldar qaldığının sirrini bölüşüb.

Tribunainfo.az xəbər verir ki, Tesla, SpaceX və tviter kimi dünya nəhəngi şirkətlərə rəhbərlik edən Mask iş intizamı ilə bağlı CNBC-yə danışıb.

Milyarder bildirib ki, bir il ərzində cəmi iki və ya üç gün istirahət edir.
Həftənin hər günü işləyən Mask gecələr 6 saat yatmağa diqqət etdiyini bildirib:

“6 saatdan az yatsam, həqiqətən pis bir baş ağrım olur. 18 saat oyaq olsam da, həmin vaxta uyğun daha az işləyirəm”.

“The Guardian” bildirib ki, 51 yaşlı Mask 2018-ci ildə həftədə 120 saat işləyib.