Abşeron rayonunun Güzdək qəsəbəsində ilanların sayının artması əhali arasında ciddi narahatlığa səbəb olub.
Abşeron rayonunun Güzdək qəsəbəsində ilanların sayının artması əhali arasında ciddi narahatlığa səbəb olub.
Bu barədə Axar.az-a sözügedən qəsəbədə yaşayan sakinlər məlumat veriblər.
Sakinlər qəsəbədə zəhərli ilanların çoxaldığını və həyatlarına yaranan təhlükədən narahatlıqlarını bildiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mətbuata açıqlamasında zəhərli ilanlarla mübarizə ilə bağlı nazirliyin əsasnaməsində hem bir bəndin yer almadığını bildirib.