Azərbaycanda sertifikatlaşdırılmış ilan zəhərininin əldə edilməsinə ehtiyac var.
Azərbaycanda sertifikatlaşdırılmış ilan zəhərininin əldə edilməsinə ehtiyac var. Müalicəvi əhəmiyyəti böyük olan zəhərin, kosmetaloji baxımdan da faydaları var. Hazırda dünyada inkişaf etmiş bu təsərrüfat, sovet dövründə bizdə də maraq göstərilən əsas sektorlardan idi. Düzdü, hazırda zoologiya institutunun ağsu təcrübə dayaq məntəqəsi fəaliyyət göstərir. Lakin, inistitutun mütəxəssisləri ilan təsərrüfatının yaradılmasını zəruri hesab edirlər.
Vaxtilə SSRİ-nin ilan zəhərinə olan təlabatının 70 faizini ödəyən Azərbaycanda hazırda bu sahədə durğunluq hökm sürür.
Vaxtilə Ağsu rayonunda gürzə zəhəri təsərrüfatı olub. Lakin SSRİ süqut etdikdən sonra bu təsərrüfat dağılıb. İlan zəhəri qızıldan qiymətli hesab olunduğundan bütün dünyada strateji əhəmiyyətə malikdir.
Bəs Azərbaycanda zəhərli ilanlar olduğu halda bu sahənin faydalı tərəflərindən niyə yararlanmırıq? Düzdür, hazırda Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsi fəaliyyət göstərir. Lakin burada mütəxəssislər, elmi-tədqiqat sahəsində 20-dən çox ilanın zəhərinin keyfiyyətini öyrənirlər.
Sirr deyilki, ilan sancması zamanı işlədilən zərdab ilan zəhərindən hazılanır. O cümlədən bir sıra dərman preparatlarında da ilan zəhərindən istifadə edilir. Zəhər, xüsusən insan orqanizmində baş verən duzlaşma və revmatizm kimi xəstəlilkərin müalicəsində əvəzedilməz hesab olunur.
Azərbaycanda 4 növ zəhərli ilan var. Onlardan ən geniş yayılanı Cənubi Qafqaz gürzəsidir. Zoologiya institutunun əməkdaşı Səbinə Bünyatovanın sözlərinə görə bu sahənin bərpası mümkündür. Zəhərin sertifikatlaşdırılması atılacaq əsas adımmlardan hesab olunur. Burada xüsusi innovativ texnologiyalardan istifadə olunmur. Mövcud kadr potensialı və tələb olunan investisiya xərcinin az olması bu sektorun inkişafı üçün zəmin yaradır.