İlan öldürdüyü üçün həbs olunacaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bodrum bölgəsində maraqlı hadisə baş verib. 

Türkiyənin Bodrum bölgəsində maraqlı hadisə baş verib.

TİA.AZ xəbər verir ki, 27 yaşlı Gökhan Poladın Bodrum ətrafında nəsli kəsilməkdə olan piton ilanını öldürdüyü üçün cəzalandırılması tələb olunur. Bodrum rəsmilərinin “öldürməyin” xəbərdarlıqlarına baxmayaraq, 2 metrlik ilanı öldürən və fotosunu sosial şəbəkələrdə “Piton öldürdüm” başlığı ilə paylaşan oğlanın haqqında imza kampaniyası başladılıb.

İnternetdə www.change.org adlı saytda Poladın cəzalandırılması üçün imza kampaniyasına qatılan vətəndaşların sayı get-gedə artır. 

Haqqında imza kampaniyası başladıldığını dostundan öyrənən Polad təəccübünü gizlədə bilməyib. Sosial hesabından hadisə haqqında şərh verib: “Onu mən öldürməmişəm. Ümumiyyətlə, ilan heç piton da deyildi. Dostlarımla zarafat etmək istəmişdim. Belə bir hadisənin olacağı ağlıma gəlməzdi”