backend

“İlahi, mənə mələklərinlə bir tabut, bir də ki, yas şamı göndər”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan yaranan bir gündən, onun sevgisidə yaranır. İnsan yaranan bir gündən, onun sevgisidə yaranır.

Necə ki, uşaq dünyaya gəlməmiş, ana məhəbbəti doğulur, elə də dünaya gələn uşaq özünü dərk edəndə sevməyə başlayır. O sevgi onu həyatda az da olsa, müdrik insan kimi, ilk addımlarını atmağa hazırlayır. Uşaq çağlarında insanı hamı başını tumarlayır, zaman keçdikcə o uşaq böyüyür, onu tumarlayan azalır, bu o deməkdir ki, uşaq vaxtı hər bir insan sevilməyinə baxmayaraq, o uşaq böyüdükcə o sevgilər dayanır: -O sevgilər dayananda, o insan özü sevməyə başlayır. İlk sevgilər bir qədər dəli kimi olsada, insan o sevdiyi insandan ayrılıb, yenidən başqasını sevməyə başlayanda artıq bu sevgi yox, bu zülüm olur o, şəxsə. Mən yazıçı kimi həyatda sevdiyim insanlar olub, indi də var, lakin ayrıldığım insanlarda az deyil, düşünəndə ayrılığın acılarını, görürəm ki, bu ayrılıq ölümdən çətindir. Ölüm yox deməkdir, ayrılıq gözü yolda qalmaq. Yazıçılara, şairlərə, digər tanınmış şəxslərə sual verəndə ki, “Ötən günlərini, qaytarsaydılar, gələn günlərini qurban verərdin” çoxusu bu suala hə cavabı verir. Bir gənc yazıçı kimi , mən yox söyləyirəm, çünki, ötən günlərim çox acılı günlər olub. Həyat davam etdikcə, dünya qocaldıqca, insanda qocalır, adətən hər insan gənc çağlarından çox, qocalığı çox yaşayır, yaşımızın üstünə yaş gəldikcə, xüsusiyyətimiz, üz qurluşumuz dəyişir. Mən həyatda çox insanları müqayisə etmişəm. Adətən yazıçıları, yazıçı edən, gözəl qadınlar, və onların ayrılıqları yazıçı edir. Yazıçılar, dünyanın ən ərköyün, ən çox da, döyülən övladlarıdır. Yazıçıların ömrünü vərəqləyəndə çoxunun, həyat yoldaşı vaxtından tez dünyasını dəyişməsi və o, yazıçının da, əvvəlki əsərlərindən çox, həyat yoldaşı dünyasını dəyişəndən sonra yazdığı yazılarının kədərli, və yazdığı əsərlərin hər biri, üsyan edən əsərlər olur. Gənc yazıçı kimi, hərdən düşünürəm, görəsən sevdiyim xanımı itirsəm, ya neçə illərdən sonra onunla üz-üzə gəlsəm, onu qocalmış görsəm, ona münasibətim necə olar, bu suallar içində fikirə dalıram! Çox qorxuram çox… Mənim həyatda ən çox qorxduğum sevgilimi qocalmış görməyimdir, buna dözə bilmərəm. İlahi mənə mələklərinlə, bir tabut, birdə ki, yas şamı göndər..

Azər Allahverdiyev