İkinci kurs tələbəsi sevdiyi qıza görə özünü asdı – TƏFƏRRÜATbackend

İkinci kurs tələbəsi sevdiyi qıza görə özünü asdı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda intihar hadisəsi qeydə alınıb.
2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlu özünü asıb.

Məlumata görə, T. Hətəmov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kurs tələbəsi olub.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar aparılır.

***

Tural Hətəmovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
İlkin araşdırmalar zamanı 20 yaşlı Turalın sevdiyi qıza görə həyatına son qoyması müəyyən edilib. Məlum olub ki, hadisədən bir müddət əvvəl Tural sevdiyi qızdan ayrılıb və bu ayrılıq onda dərin sarsıntı yaradıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kurs tələbəsi olan gəncin mobil telefonu və digər əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. //“Qafqazinfo”//