“İkinci əl” paltarlar niyə qəbul edilmir? – Səfir səbəbi açıqladıbackend

“İkinci əl” paltarlar niyə qəbul edilmir? – Səfir səbəbi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb müxtəlif növ xəstəliklərin yayılmasının qarşısını almaqdır”.

Bu fikirləri “Report”un Qaziantepə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

“Azərbaycandan göndərilən humanitar yardımları Türkiyə tərəfinə yönləndiririk və onlar özləri müəyyən edirlər ki, hansı bölgədə nəyə ehtiyac var. Ehtiyac olmayan yerə tibbi və digər ləvazimatların göndərilməsinin mənası yoxdur. Ümumiləşdirilmiş anbarlar var və orada bütün məhsullar çeşidlənilir”, – deyə səfir bildirib.

O bildirib ki, bu günə qədər Azərbaycandan gələn 647 nəfər xilasedici artıq iş başındadır:

“Xəstəliklərin yayılmasının qarşısını almaq üçün ancaq təzə geyimlər qəbul olunur. Hazırda ən çox ehtiyac məhz xilasedicilərədir. AFAD xilasediciləri ehtiyac bölgəsinə uyğun şəkildə göndərir”.