İkinci divizionun ilk iştirakçısı bilindibackend

İkinci divizionun ilk iştirakçısı bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti mövsümdən Azərbaycanda peşəkar statuslu 2-ci divizionun təşkil olunacağı dəqiqləşib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, artıq yeni liqanın bir iştirakçısı da bəllidir.

Belə ki, həvəskarların çempionatında iddialılardan hesab olunan “Füzuli” ikinci divizionda yarışacaq.


Bölgə təmsilçisi hətta 1-ci divizionda çıxış etmək istəyib. Ancaq Peşəkar Futbol Liqasından klub rəsmilərinə deyilib ki, əvvəlcə 2-ci divizionda oynaya, yüksək yer tutarsa, yüksək liqaya vəsiqə əldə edə bilər.

Qeyd edək ki, “Füzuli” Region Liqasının son mövsümündə ikinci pley-off mərhələsinə qədər irəliləyərək burda sonradan çempion olan “Qusar”a penaltilərlə uduzub.