backend

“İKİNCİ DƏFƏ İMTAHAN VERMƏK TƏLƏBİ DOĞRU DEYİL”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində oğurlanan və cinsi təcavüzə məruz qalan müəllim işini itirib. Məlum olaydan sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva (ad və soyad şərtidir) Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib.  

Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib.

Təhsil Nazirliyindən 23 yaşlı Saraya yenidən hadisənin baş verdiyi kəndə qayıdıb işləmək təklif edilib. Onun iş yerinin dəyişdirilməsinə gəlincə, yenidən imtahan verməli olduğu deyilib. Halbuki hadisədən bir il əvvəl imtahan yolu ilə işə qəbul edilib və məhz Təhsil Nazirliyinin göndərişi əsasında Ağsunun Nuran kəndinə kimya müəllimi kimi göndərilib.

Təhsil eksperti Məlahət Mürşüdlü TİA.AZ-a bildirdi ki,  ikinci dəfə imtahan vermək tələbi doğru deyildir: “Məhkəmə onun başqa bir rayonda işlə təmin olunması haqqında qərar çıxarmalıdır. Ən azından humanist yanaşma tələb olunur. Belə bir qərar olarsa, Təhsil Nazirliyi bu qərarı yerinə yetirmək zorundadır. Praktikada nadir hadisədir. Məsələnin həlli məhkəmədən asılıdır. Buna nail olmaq lazımdır”.

İlahə