Azərbaycanla delimitasiyaya qarşı olan və İrəvandakı mitinqə rəhbərlik edən keşiş Baqrat baş nazir olmaq istəyini gizlətməyib.
Axar.az xəbər verir ki, bu barədə Baqrat erməni mediasına açıqlaqmasında bildirib.
“Haykakan Jamanak” adlı sarı qəzet var, yazır: Arxiyepiskop Baqrat Qalstanyanın (baş nazirliyə namizəd olmağa – red.) hüququ yoxdur, onun ikili vətəndaşlığı var. Qalstanyan Tavuş yeparxiyasının ruhani lideridir, bu, sizin baş nazirin kreslosundan yüksəkdir. Əgər xalq bunu arzulayırsa və katolikos buna xeyir-dua verirsə, o zaman mən kimə deyim ki, yox, istəmirəm”, – Qalstanyan bildirib.