İki ulduzun 68 milyonluq imarət davası

İki ulduzun 68 milyonluq imarət davası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Hollivud cütlüyü Ben Afflek və Cennifer Lopez Beverli-Hillzdəki 68 milyon dollarlıq malikanələrini satıb-satmamaq məsələsində fikir ayrılığına düşüblər.

Tribunainfo.az yazır ki, cütlüyün ötən ilin iyulunda satışa çıxarılan nəhəng mülkü bir il keçməsinə baxmayaraq hələ də alıcı tapmayıb.

Oskarlı aktyor Ben Afflekin satış prosesini sürətləndirmək üçün evin qiymətini aşağı salmaq istədiyi iddia edilsə də, Lopezin bu endirimə qarşı olduğu bildirilir. Lopez hələlik qiymətdən geri çəkilməyə hazır deyil. Üstəlik, əmlaka maraq kifayət qədər məhduddur.

Nigar İxtiyarqızı