İki türk gözəli:  Çorumla   Laçını birləşdirən dəyərlər– FOTOLARbackend

İki türk gözəli: Çorumla Laçını birləşdirən dəyərlər– FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbiət ən şirin, ən sirli-sehrli dastandır, nağıldır. Hər gün dünyaya yenidən oyananda təbiətin təkrarsız simfoniyasını dinləmək, insanın iç dünyasını  yerindən oynadan füsunkar gözəllikləri izləmək əvəzsiz Tanrı payıdır. Təbiətin insandan ən böyük üstünlüyü ondadır ki, Tanrının buyurduğundan bir addım da kənara çıxmaz. Təbiətdəki mütənasiblik, vəhdət də həsəd doğurur. Onda anlayırsan ki, Tanrının yaratdıqlarında təsadüfilik yoxdur. Eyni coğrafi məkanda yerləşən qardaş Türkiyə ilə Azərbaycanı birləşdirən çox şey var. Qonaqpərvərlik, milli mətbəxin ləzzətli təamları və tarixi abidələrlə sintez təşkil edən əsrarəngiz təbiət…

Türkiyənin ən gözəl şəhərlərindən biri olan Çorumu Azərbaycanın dağlar gözəli adlandırdıqları Laçını birləşdərən daha bir inanılmaz dəyər var.  Çorumda öz təbiəti ilə öyünə bilən, dünyaya boy göstərən bir rayon var. Bu rayonun adı Laçındır. Eyni Azərbaycandakı təbiəti ilə elə bir almanın bölünməsidir. Çorum tarixi ilə zəngin bir ərazidir. Bu zənginlik Çorumdakı Laçına da sirayət edib.

Əslində Türkiyənin hər biri yeri qədim tarix abidələri ilə zəngindir. Çorumdakı tarixi abidələr dünya  tarixinə və mədəniyyətinə  öz töhfəsini verib. Bu günkü yazımızdı qədim tarixə malik Çorum haqqında oxucularımıza məlumat verəcəyik. Çorum şəhəri Qara dəniz bölgəsində eyni adlı Çorum vilayətinin mərkəzi rayonudur. 2022-ci ilin rəsmi məlumatına görə  Çorumun  əhalisi 312000 nəfərdir. Yerli əhali əsasən türkmənlərdir.

Çorumun şəhər kimi formalaşması XI əsrə təsadüf edir. Ancaq Çorumda Paleolit ​​dövrü (Paleolit), Cilalanmış daş dövrü (Neolit) və Kalkolit dövrünün 4-cü mərhələsində insan məskənlərinin olduğu aşkar edilib. Bu dövrə aid əsərlər Alacahöyük, Büyük Güllücek, Boğazköy, Eskiyapar və Kuşsaray kurqanlarında da tapılıb. Bu dövrdən etibarən məskunlaşmalar davam edir. Çorum və ətrafı daha sonra Xet, Frig, Kimmer, Midiya, Fars, Qalat, Roma, Bizans, Səlcuq, Danişmendlər, Monqollar, Eretna bəylikləri, Kadı Bürhanəddin Əhməd Dövləti və nəhayət Osmanlı İmperatorluğunun hakimiyyəti altına keçdi.

Çorum adı ilə bağlı müxtəlif əfsanələr var. Çorum minilliklər boyu müxtəlif sivilizasiyaların yan-yana və üst-üstə meydana gətirdiyi doğma Anadolu mədəniyyət ənənəsini davam etdirən vilayətlərdən biridir və mərkəzi mahalın şəhər olaraq qurulması 11-ci əsrə təsadüf edir. Müsəlman türklərin qurduğu Anadolu şəhərlərindən biridir.

Eramızdan əvvəl III əsrdə Avropadan Anadoluya keçərək bugünkü Çorum, Sivas və Yozgat arasında məskunlaşan Qalat icmalarının adı olan Trokmu sözündəndir. Trokmu tayfası Xet İmperatorluğunun paytaxtı olan Hattuşaş (Boğazköy) bölgəsində məskunlaşdı. Trokmu sözü zamanla Torokmu, sonra Çorumluya çevrildi.

Qədim yunan mənbələrində Çorumun adı Nikona kimi qeyd edilir. Bizans dövründə Evkaite adı ilə də tanınırdı. 1072-ci ildə Malazgirt döyüşündən sonra Çorumlu olan vilayətin adı XVI əsrin sonlarına doğru “lu” şəkilçisi götürüldükdən sonra Çorum olaraq qaldı.

Çorum təbii gözəllikləri və tarixi zənginliyi ilə seçilən bir şəhərdir. Bu şəhərdə tarixi zənginliyi özündə əks etdirən çoxsaylı abidələr var. Bu yazımızda da Çorumda turistlər üçün maraqlı və istirahət edə biləcəkləri yerləri təqdim edirik.

image-1

İncesu Kanyonu: Çorumun ən məşhur turistik yerlərindən biri olan İncesu Kanyonu təbiətsevərlər üçün ideal yerdir. Kanyonda piknik masaları, kamelyalar, uşaq meydançaları və tualetlər var.

İncesu Kanyonu, Çorumun Ortaköy rayonunda yerləşən kanyondur və Türkiyənin ən uzun yürüş platformasına malikdir. Kanyonun uzunluğu 12 kilometr, eni isə 40-60 metr arasında dəyişir. Kanyonun hər iki yamacı sıldırım qayalıqdır və yerlərdə meşə sahələrinə rast gəlmək mümkündür.

image-2
Kunduzlu Yaylası: Çorumun Bayat rayonunda yerləşən Kunduzlu Yaylası təbii gözəllikləri ilə seçilən bir yerdir. Kunduzlu Yaylası şəhər mərkəzindən 100 kilometr, rayon mərkəzindən isə 25 kilometr məsafədədir.

1276 metr yüksəklikdə yerləşən Kunduzlu yaylası təbii gözəllikləri ilə seçilən bir yerdir. Yayla şam, lar və küknar ağacları ilə örtülmüşdür.

image-5 image-4

Yazının əvvəlində qeyd etdiyimiz kimi Çorumda Laçın adlı bir əsrarəngiz rayon var. Məhz bu rayonun ərazisində Çatak Təbiət Parkı yerləşir.

Laçın rayonunda yerləşən Çatak Təbiət Parkı meşələri, gölməçələri və şəlalələri ilə diqqət çəkən bir yerdir. Azərbaycanda Laçında Çorman adlı kənd də var. Çorumdakı Laçının bəzi yerlərin adları elə bizim Laçındakı adlarla eyniyyət təşkil edir. Daha bir maraqlı məqam ondan ibarətdir ki,  iki rayon dağlar qoynunda bir qartalı xatırladır. Tarixi olduqça qədim olan Çorumdakı Laçında yaşayan əhalinin döyüşkən bir tayvanın davamçıları olduğu qeyd edilir.

Laçınla yanaşı Çorumda olduqca çoxsaylı tarixi abidələr var.

Qara dəniz bölgəsinin mərkəzi hissəsində yerləşən Çorum dünya tarixi baxımından əhəmiyyətli şəhərlərdən biridir. Bu tarixi şəhərdə minlərlə illik tarixi olan çoxlu muzeylər, tarixi abidələr var.

Çorum keçmişdən bu günə bir çox sivilizasiyanın izlərini daşıyır. Belə tarixi özündə yaşadan şəhərlərdən biri də qədim  Hattuşas  şəhəridir.

UNECO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Alacahöyükdə yerləşən bölgə həm də Hetitlərin paytaxtı kimi tanınır. Hattuşa iki hissədən ibarətdir: yuxarı və aşağı şəhər. İki aslan heykəlinin sizi qarşıladığı darvazadan keçərək bölgənin bu günə qədər uzanan tarixinə arxeoloji səyahət edə bilərsiniz. Bölgədəki “Kral Sarayı” adlı təmir edilmiş qala və Yazılıkaya da diqqətinizi çəkəcək.

image-9

Çorumda hər kəsi valeh edəcək bir tarixi abidə daha var. Bu  Osmancık Kandiber qalasıdır. Qala  Çorumun Osmancık rayonundayerləşir . Bu qalanı həm də tikinti və arxitekturası ilə dünyanın möcüzəsi adlandırmaq olar. Qala  Kızılırmakın şimal kənarında qaya üzərində inşa edilib .

Övliya Çələbi bu qala haqqında öz qeydlərində yazıb və qalanın  Osman Qazinin tikdiyini bildirir. “Qala Qırmızı çayın şərqində yerləşir və böyük körpü ilə keçmək olar. Çaya yaxın qayanın üstündədir. Dəmir darvazası var. Çox hündür olduğu üçün bu qalaya çıxa  bilmədim”. Övliya Çələbinin hündür olduğu üçün çıxa bilmədiyini dediyi darvaza qalanın ikinci qapısıdır.

Qala darvazasının cənubunda çaya qədər uzanan geniş bir ərazi var. Qalada ev xarabalıqlarına rast gəlinir. Hamam olduğu deyilən mağaralarda bu ərazidən tapılıb.

Bir sözlə yolunuz Çoruma düşsə tarixi ilə zəngin bu əraziləri mütləq gəzin. Çorum Türkiyə mədəniyyətinin və memarlıq üslubunu özündə əxs etdirən bölgələrdən biridir.