Ermənistanın Milli Onkologiya Mərkəzinin direktoru Narek Manukyan və Müqəddəs Qriqori İlluminator Tibb Mərkəzinin direktoru Arman Hovakimyan tutduqları vəzifələrdən azad olunacaqlar.
Tribunainfo.az erməni mediasına istinadla xəbər yayıb. Səhiyyə Nazirliyi təklif edib ki, onlar ərizə yazsınlar. Səbəb isə son vaxtlar ictimaiyyətə açıqlanan xəstələrin “ianələridir”.
Mənbənin bildirdiyinə görə, Səhiyyə Daimi Komitəsinin keçmiş sədri Narek Zeynalyan Müqəddəs Qriqori İlluminator Mərkəzinin direktoru təyin olunacaq.